AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəlilabadda ağır qəza: ölü və yaralıların kimliyi bilindi

  • + A
  • - A
  • 29-06-2022, 19:40

    Cəlilabadda ağır qəza: ölü və yaralıların kimliyi bilindi


    Cəlilabadda ağır yol qəzası baş verib.

    AzadMedia.az Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, qəza zamanı “Hyunday Santafe” markalı minik avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub.

    Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

    Yaralılar rayon xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Cəlilabadda qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

    Xəsarət alanlar rayonun Sabirabad kənd sakinləri, 1997-ci il təvəllüdlü Ramal Natiq oğlu Əliyev, 2004-cü il təvəllüdlü Aslan Fikrət oğlu Abbasovdur.

    Qəza nəticəsində Sabirabad kənd sakini, 2004-cü il təvəllüdlü Dünyamalı İslam oğlu Məmmədov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR