AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

  • + A
  • - A
  • 12-09-2022, 09:41

    Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb



    Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.

    Azadmedia.az - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə 2022-2023-cü tədris ilinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi də başa çatıb.

    7 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilmiş test imtahanında uğur qazanaraq elan edilmiş vakant vəzifələrə qeydiyyatdan keçib namizədliklərini təsdiq etmiş 352 nəfərlə 5-9 sentyabr tarixlərində baş tutmuş müsahibələrin nəticələri 7 iş günü ərzində elan ediləcək.

    Qeyd edirik ki, test mərhələsində iştirak etmiş 1709 nəfərdən 482 nəfər tələb olunan keçid balını toplatyaraq müsahibələrdə iştirak etmək hüququ qazanıb. Elan edilmiş vakant vəzifələrə 383 nəfər qeydiyyatdan keçib namizədliklərini təsdiq etsə də, 31 nəfər müsahibə mərhələsində iştirak etməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR