Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.
Spiker Sahibə Qafarova və parlament nümayəndə heyətinin üzvləri, əvvəlcə səfirlikdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər.
Sonra Sahibə Qafarova səfirliyin əməkdaşları ilə səfirliyin fəaliyyəti barədə söhbət edib, onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub.
Sonda xatirə şəkli çəkdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.