AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2022-ci il dövlət büdcəsinin sosialyönümlü xərcləri AÇIQLANDI

  • + A
  • - A
  • 24-05-2023, 20:34

    2022-ci il dövlət büdcəsinin sosialyönümlü xərcləri AÇIQLANDI

    Xəbər verdiyimiz kimi mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
    Diqqətə çatdırılıb ki, 2022-ci il dövlət büdcəsinin xərcləri ilkin olaraq 29879,0 milyon manat məbləğində təsdiq olunub. Dövlət büdcəsinə yenidən baxılaraq, onun xərcləri artırılaraq 32303,8 milyon manat məbləğində müəyyən edilib. Büdcə xərcləri 99,3 faiz və ya 32064,6 milyon manat məbləğində icra olunub.
    Ötən ilin dövlət büdcəsi xərclərinin 36,1 faizini və ya 11576,9 milyon manatını sosialyönümlü xərclər təşkil edib. Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə ümumilikdə 9221,9 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulsa da, aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 9151,2 milyon manat məbləğində vəsait ayrılıb və proqnoza nisbətən 70,7 milyon manat az vəsait istifadə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR