AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR bu yataqlarının potensialını nəzərdən keçirməyi planlaşdırır

  • + A
  • - A
  • 2-06-2023, 12:58

    SOCAR bu yataqlarının potensialını nəzərdən keçirməyi planlaşdırır

    “Ümid”, “Babək”, “Abşeron”, “Naxçıvan”, “Şəfəq-Asiman” kimi yataqların potensialının nəzərdən keçirilməsi planlaşdırılır. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Həftəsi çərçivəsində deyib.

    “Biz bu yataqların potensialını nəzərdən keçirməyi və yenidən texniki qiymətləndirmə aparmağı planlaşdırırıq. Bununla bağlı Fransanın “TotalEnergies” şirkəti ilə əməkdaşlıq edəcəyik və mayın əvvəlində SOCAR və “TotalEnergies” arasında müvafiq memorandum imzalanıb”.

    Qeyd edək ki, “Şəfəq-Asiman” blokunun proqnozlaşdırılan ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir. Bakıdan 125 kilometr cənub-şərqdə, dənizin 650-800 metr dərinliyində yerləşir.

    “Abşeron” yatağına gəlincə, burada birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil ediləcək.

    İlkin məlumatlara görə, perspektivli Babək strukturunun ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR