AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

244 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edildi - video

  • + A
  • - A
  • 20-05-2021, 21:15


    Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçirib. Nəticədə 244 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

    Belə ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukraynaya "təzə qarpız" yükü aparan iki ədəd "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

    Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük orqanına bəyan edilməli hər hansı predmetlərin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirsələr də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobillərin qoşqularına reaksiya verdiyindən yük nəqliyyat vasitələri Astara gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilib, şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitələri əsaslı yoxlanılıb və yük boşaldılıb.

    Təkrara yoxlama zamanı yük nəqliyyat vasitələrinin qoşqusunun ön divarının arasındakı boşluqlarda - kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 303 ədəd düzbucaqlı formalı bağlamalarda qablaşdırılma ilə birgə çəkisi 244 kq 605 qram olan narkotik vasitə - heroin aşkar edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR