AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadını təpiklə vuran sürücü işdən çıxardıldı

  • + A
  • - A
  • 29-06-2022, 18:02

    Qadını təpiklə vuran sürücü işdən çıxardıldı

    Sumqayıtda marşrut avtobusunda qadını təpiklə vurub avtobusdan yıxan sürücü işdən kənarlaşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Sumqayıtda 12 saylı xəttin sahibkarı Fərəcov Elgiz məlumat verib. O, bildirib ki, sürücünü hadisə barədə kamera görüntülərini izlədikdən dərhal sonra işdən azad edib: "Sərnişinin ola bilər hər hansı problemi var. Kimsə məhkəmədən gəlir əsəbidir, yaxud da hər hansı səbəbdən aqressivdir. Sürücü isə xidmət göstərir. Sürücü sərnişini yola verməliydi. Həmçinin qadına əl qaldırmaq olmaz. Mən videonu izlədikdən sonra həmin görüntü ilə birlikdə Sumqayıt Polis İdarəsinə yazılı şəkildə polisə müraciət etmişəm".
    E. Fərəcov bildirib ki, sürücü Kosayev Amil adlı şəxsdir. O, 2021-ci ildən Sumqayt 12 saylı xətdə sürücü vəzifəsində işə başlayıb.
    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin rəisi Soltan Əsədov Sputnik Azərbaycan-a bidlirib ki, hadisədən məlumalıdır. Amma sürücü barədə tədbir görmək xətt sahibinin səlahiyyətindədir.
    Qeyd edək ki, Sumqayıtda dünən sürücü ilə sərnişin arasında ba insident baş verib. Hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR