- İyulun 12-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 41-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 9-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
- Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
İyulun 12-də saat 15 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Əhməd Sərdarovun idarə etdiyi “Kia” və Sumqayıt şəhər sakini M.Əbişovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Sərdarov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.