AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SAHİBKARLARLA NÖVBƏTİ GÖRÜŞ GƏNCƏ ŞƏHƏRİNDƏ BAŞ TUTUB

  • + A
  • - A
  • 9-12-2021, 18:01


    Sahibkarların və vətəndaşların problemlərini dinləmək, onlara dəstək olmaq məqsədilə hər həftə mütamadi olaraq "Azəriqaz" İstehsalat Birliyi tərəfindən "Açıq qapı" aksiyası keçirilir. "Ölkə başçısı, prezident İlham Əliyevin göstərişinə əsasən hər bir qurum sahibkarlara dəstək olmalı, istənilən halda yerlərdə mövcud problemlərlə yaxından tanış olmalı və hər bir problemin öhdəsindən gəlməlidir". Bu sözləri "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində Gəncə şəhərində sahibkarlarla keçirilən görüş zamanı bildirib. Sahibkarlara problemlərini rahat şəkildə səsləndirmələri üçün istənilən şərait yaradılıb. Kafe fəailiyyəti ilə məşğul olan Sənan Qocayev əsasən payız-qış mövsümlərində təbii qazın təzyiqinin aşağı olduğunu bildirib. Çörək istehsalı ilə məşğul olan sahibkar Bəxtiyar Heybətov isə qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını, bu cür aksiyanın təşkil olunması üçün Birlik rəhbərliyinə minnətdarlığını bildirib. Görüş zamanı yalnız sahibkarların deyil, ayrı-ayrı ünvanlardan, habelə ətraf rayonlardan da aksiyaya üz tutan vətəndaşların da problemləri Birlik rəhbərliyi tərəfindən dinlənilib. Daxil olan əsas müraciətlər fərdi qazlaşma, küçə xətlərinin çəkilişi, qaz xətlərinin yerinin dəyişdirilməsi və dövri yoxlama müddəti çatan sayğacların əvəzlənməsi zamanı sonradan ödənişli deyil, əvvəlcədən ödənişli sayğacların quraşdırılması ilə bağlı olub. Daxil olan müraciətlərin araşdırılaraq icra olunması istiqamətində bütün müraciətlər qeydə alınıb. Görüşdə "Azəriqaz" İB rəhbərliyi ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak ediblər.
    Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca 33-cü, sahibkarlarla isə 12-ci görüşdür.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR