AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Keçən ilin mart ayı ilə müqayisədə 13,5 milyon kubmetr artıq qaz alınıb

  • + A
  • - A
  • 21-03-2022, 15:26

    Keçən ilin mart ayı ilə müqayisədə 13,5 milyon kubmetr artıq qaz alınıb

    Son günlər ölkə ərazisində soyuq və qarlı hava şəraiti ilə əlaqədar təbii qaz istehlakçılarının qaza olan təlabatının tam ödənilməsi üçün "Azəriqaz" İstehsalat Birliyinin qaz təchizatı şəbəkəsinə qəbul olunan təbii qazın həcmi artırılıb.
    Azadmedia.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.
    Onun sözlərinə görə, ötən gün martın 20-də qaz təchizatı şəbəkəsinə 42 milyon kubmetr həcmdə təbii qaz qəbul olunub ki, bunun da 33 milyon kubmetri əhali, 9 milyon kubmetri isə sənaye xətləri üzrədir: "Müqayisə üçün göstərmək olar ki, ümumi şəbəkə üzrə qəbul 2021-ci ilin 20 mart tarixində qəbul olunan qaz həcmindən 13,5 milyon kubmetr artıqdır. Bu da əhali xətləri üzrə 8,5 milyon kubmetr, sənaye xətləri üzrə 5 milyon kubmetr artım deməkdir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR