AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AzərEnerji” Heydər Əliyevin anadan olmasının 99 illiyini belə qeyd edib - Video, foto

  • + A
  • - A
  • 11-05-2022, 01:45

    “AzərEnerji” Heydər Əliyevin anadan olmasının 99 illiyini belə qeyd edib - Video, foto

    “AzərEnerji” ASC-nin kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib. Səhmdar Cəmiyyətin rəhbərliyi və kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarının önünə gül dəstələri qoyublar.
    Daha sonra Ulu Öndərin anadan olmasının 99 illiyinə həsr edilən ağacəkmə aksiyası təşkil olunub. Ulu Öndərin ətraf mühitin qorunması, yaşıllıqların salınması ənənəsinə uyğun olaraq keçirilən ağacəkmə aksiyasından sonra “Heydər Əliyev müasir Azərbaycan elektroenergetikasının qurucusudur” mövzusunda tədbir keçirilib, çıxışlar dinlənilib və Ulu Öndərin elektroenergetika siyasətinə həsr edilən videoçarx nümayiş olunub.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR