AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İSMAYILLIDA SAKİNLƏRLƏ GÖRÜŞ KEÇİRİLDİ

  • + A
  • - A
  • 10-06-2022, 22:54

    İSMAYILLIDA SAKİNLƏRLƏ GÖRÜŞ KEÇİRİLDİ

    "Sizdən xahiş edirəm ki, İsmayıllı rayonunun Kürdüvan və Xankəndi kəndlərinin qazlaşdırılmasını diqqətdə saxlayasınız. Mavi yanacağın olmaması bizlərə xeyli çətinlik yaradır". Bu sözləri Xankəndi kənd sakini Cəsarət Mahmudov "Açıq mikrofon" aksiyası çərçivəsində İsmayıllı rayonunda vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Aksiyaya üz tutan sakinlər sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının, əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunması, qaz xəttinin yerinin dəyişdirilməsi və qazlaşma ilə bağlı müraciət ediblər. Daxil olan müraciətlər SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev, Ağsu Regional qaz istismarı İdarəsinin rəisi Osman Behbudov və Birliyin digər məsul şəxsləri tərəfindən cavablandırılıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR