AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ötən il xərclənən vəsait AÇIQLANDI

  • + A
  • - A
  • 24-05-2023, 20:42

    İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ötən il xərclənən vəsait AÇIQLANDI

    Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasda 4 məsələnin müzakirəyə çıxarıldığını, birinci məsələnin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) olduğunu söyləyib.
    Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 726,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 5622,5 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 737,0 milyon manat və ya 15,1 faiz çoxdur.
    Qeyd edilib ki, kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə bütövlükdə dövlət büdcəsi xərclərinin 4,6 faizi həcmində və ya 1468,9 milyon manat məbləğində vəsait ayrılıb. Mənzil və kommunal təsərrüfatı bölməsinə 267,2 milyon manat məbləğində vəsait istifadə olunub. Hesabat ilində mənzil və kommunal xərcləri ÜDM-in 0,2 faizini, dövlət büdcəsi xərclərinin isə 0,8 faizini təşkil edib. Hesabat ilində iqtisadi fəaliyyətlə bağlı xərclər üçün dövlət büdcəsindən ayrılmış 6978,4 milyon manat məbləğində vəsaitin 6961,3 milyon manatı və ya 99,8 faizi istifadə olunub. Hesabat ilində iqtisadi fəaliyyətlə bağlı xərclər ÜDM-in 5,2 faizini, dövlət büdcəsi xərclərinin isə 21,7 faizini təşkil edib.
    Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4311,0 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 2665,4 milyon manatı və ya 61,8 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 1079,7 milyon manatı və ya 25,1 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 467,1 milyon manatı və ya 10,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 98,8 milyon manatı və ya 2,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür. Həmin vəsaitin 4070,9 milyon manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına, 24,8 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR