AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskva hava limanları normal işləyir? AÇIQLAMA

  • + A
  • - A
  • 30-05-2023, 10:25

    Moskva hava limanları normal işləyir? AÇIQLAMA

    Vnukovo, Domodedovo və Moskvanın yanında yerləşən Jukovski hava limanları müntəzəm olaraq işləyir. TASS xəbər verir ki, bu barədə üç hava limanının nümayəndələri məlumat verib.

    “Aerodromun ərazisində pilotsuz uçuş aparatları qeydə alınmayıb. Domodedovo hava limanı normal rejimdə işləyir. Təyyarələrin qalxması və enməsi qrafikə uyğun həyata keçirilir”, - “Domodedovo”nun mətbuat xidmətindən bildirilib. Vnukovo həmçinin qeyd edib ki, hava limanı normal rejimdə işləyir.

    Eyni zamanda, Jukovskinin mətbuat xidməti onların da adi qaydada işlədiyini və hava limanının hava hissəsində heç bir insident qeydə alınmadığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR