AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azarkeşlər Ərdoğanın qaldığı otelin qarşısına toplaşdı - Foto

  • + A
  • - A
  • 16-06-2021, 16:28


    Türkiyə və Uels yığmaları arasında Avro-2020 A qrupunun II tur matçını izləmək üçün Bakıya gələn türk azarkeşlər hazırda Azərbaycan paytaxtında olan ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək nümayiş etdiriblər.

    Azadmedia.az Report-a istinadən xəbər verir ki, bir qrup tərəfdar prezidentin qaldığı otelin qarşısına toplaşaraq böyük bayraq açıb və "Türkiyə", "Türkiyə" şüarları səsləndirib.

    Ərdoğan öz növbəsində əvvəlcə otelin eyvanından fanatları salamlayıb. O, oteldən ayrılarkən isə azarkeşlərin yanına gedərək onlarla söhbət edib.

    Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə-Uels matçı saat 20:00-da başlayacaq. Görüşü Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tribunadan izləyəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR