AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tokayev öz köməkçisini Qazaxıstanın dövlət katibi vəzifəsinə təyin edib

  • + A
  • - A
  • 5-01-2022, 07:37


    Azadmedia.az RİA Novosti-yə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev köməkçisi Yerlan Karinin yeni dövlət katibi təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sənəddə həmçinin keçmiş dövlət katibi Krımbek Kuşerbayevin bu vəzifədən azad edildiyi bildirilir.
    Bundan əvvəl Tokayev hökumətin istefasını qəbul edib və respublikanın baş nazirinin səlahiyyətlərini müvəqqəti olaraq Əlixan Smailova həvalə edib.

    Xatırladaq ki, qazın bahalaşması fonunda yanvarın 2-dən Qazaxıstanda etiraz aksiyaları davam edir. Tokayev yanvarın 19-dək Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət və komendant saatı tətbiq edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR