AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aqrar Universitetdə növbəti seminar keçirilib - FOTO

  • + A
  • - A
  • 6-01-2022, 22:56

    Aqrar Universitetdə növbəti seminar keçirilib - FOTO

    Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyəti və tələbələr üçün növbəti seminar təşkil olunub.

    Azadmedia.az xəbər verir ki, seminar Rusiya Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, kənd təsərrüfatı elmləri doktoru Fərhad Musayev tərəfindən “Müasir tərəvəzçilikdə aktual problemlər” mövzusunda keçirilib.

    Seminarda Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Aqronomluq fakültəsinin professor-müəllim heyəti, bakalavr və magistr pillələrində təhsil alan tələbələr iştirak ediblər.

    Bildirilib ki, tərəvəzçilik bitkiçiliyin ən mühüm sahələrindən biri kimi ölkəmizin kənd təsərrüfatında mühüm rola malikdir. Azərbaycan ilə Rusiya arasında bu istiqamətdə görülən elmi işlərdən danışan alim, əməkdaşlıq imkanları və perspektivlər haqqında məlumat verib.

    Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR