Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan tələbələrin bir qrupunun valideynləri ilə görüş keçirilib.
Görüşün məqsədi valideynlərin universitetdən məmnunluq dərəcəsinin müəyyən edilməsi, universitetdə tələbələrin təhsil alması üçün yaradılan şərait və imkanlar, imtahan prosesi, valideyn-universitet əlaqələrinin vacibliyi, tələbələrin sosial-məişət problemləri kimi məsələlərin müzakirəsi, həmçinin, valideynlərin rəy və təkliflərinin dinlənilməsi olub.
Çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik və şəffaflığın təmin edilməsi, professor-müəllim heyətinin tərkibində gənclərin sayının artması, yüksək balla qəbul olan və əlaçı tələbərə əlavə stimullaşdırıcı təqaüdlərin verilməsi, tələbələr arasında məmnuniyyət sorğusunun keçirilməsi və digər görülən işlər yalnız yüksək ixtisaslı kadr hazırlığı üçündür.
Açıq və səmimi müzakirə şəraitində keçən görüşdə valideynlər övladlarının yaxşı təhsil almaları üçün universitetdə yaradılan şəraitdən məmnun olduqlarını bildiriblər
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.