AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qiymət artımı ticarət əlavələri hesabına sabitləşdiriləcək

  • + A
  • - A
  • 21-02-2022, 20:00

    Qiymət artımı ticarət əlavələri hesabına sabitləşdiriləcək

    Ərzaq məhsullarının qiymət artımının bazar iqtisadiyyatına uyğun qaydalarla - ticarət əlavələri hesabına sabitləşdirilməsi nəzərdə tutulur.

    Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamda öz əksini tapıb.

    Sənəddə deyilir ki, əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflər on beş gün müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR