AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir

  • + A
  • - A
  • 30-06-2022, 16:28

    Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir


    Rövşən Əhmədov,
    YAP Ağcabədi rayon təşkilatının sədri

    Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.
    Bu məqsədlərdən biri şəhərlərin daha təmiz və müasir olmasını təmin etməkdir. Azərbaycan bu hədəfə nail olmaq üçün öz istiqamətlərini müəyyənləşdirib. Bakının və digər şəhərlərimizin tarixi ənənələrini qoruyub saxlamaqla şəhərlərimizin infrastrukturunun təkmilləşdirilməsi qarşıya qoyulan əsas planlardandır.
    II Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri görülür. Alternativ enerji mənbələrindən istifadə, Günəş və Külək Elektrik Stansiyalarının bu ərazilərdə qurulması xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz buna nail olmaqla enerji sektorunda böyük nailiyyətlər əldə edəcəkdir.
    Böyük Qayıdış prosesində və yenidənqurma işlərində qarşıya çıxan ən böyük əngəllərdən biri də minalanmış ərazilərin çoxluğudur. Ermənistan minaların tam və düzgün xəritəsini Azərbaycana təqdim edərsə, ikitərəfli sülh müqaviləsi imzalanarsa işğaldan azad edilmiş ərazilərdə quruculuq prosesi sürətlənəcək, bölgə sülh və əməkdaşlıq regionuna çevriləcək.
    Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır.
    Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır. Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR