AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 13-09-2022, 14:15

    Sutka ərzində baş verən cinayət və hadisələr

    - Sentyabrın 12-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
    - Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
    **
    Sentyabrın 12-də saat 8 radələrində Balakən rayonunun Katex kəndi ərazisində rayon sakini İ.Taralovun idarə etdiyi “KİA” və Zaqatala şəhər sakini Cavid Bayramovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə İ.Taralovun sərnişini Pərviz Baradov hadisə yerində ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    Sentyabrın 12-də saat 22 radələrində Goranboy rayonunun Todan kəndi ərazisində rayon sakini E.Məmmədov idarə etdiyi “Niva” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişini İsə Rəhimov hadisə yerində ölüb, sürücü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
    Araşdırma aparılır.
    **
    DİN-in Baş Cinayət Axtarışı, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı idarələri və Qaradağ RPİ-nin 11-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qobustan qəsəbəsindəki 4 evdən ümumilikdə 8.000 manat pul, 15.500 manat dəyərində qızıl-zinət əşyaları və kompyuter oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fərhad Rzayev, Firdovsi Zahidov və Elməddin Qarayev müəyyən olunaraq saxlanılıblar.
    Araşdırma aparılır.

    **
    Sentyabrın 11-də saat 12 radələrində Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsi ərazisində manevr qaydalarını pozan “Chevrolet” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
    Polis əməkdaşları tərəfindən sürücü - Bakı şəhər sakini Ramin Qədimovun narkotik vasitənin təsir altında olması müəyyən edilib. O və sərnişinləri - Xəqani Rəhimov, əvvəllər məhkum olunmuş Səbuhi Məlikov Sumqayıt Şəhər Polis İdarəsinə təhvil veriliblər.
    Polis İdarəsində S.Məlikovun çantasına baxış zamanı oradan heroin, metamfetamin, preqabalin, 5 ədəd tramadol həbi, 1 ədəd metadon həbi, elektron tərəzi və 2 ədəd bıçaq aşkar olunaraq götürülüb.
    **

    Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə sentyabrın 7-də Biləcəri qəsəbə sakini olan bir qadının bank hesabından 1110 manatının oğurlanması barədə müraciət daxil olub.
    Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadının 14 yaşlı nəvəsi müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
    **
    Həyətində çətənə bitkisi yetişdirən Ağcabədi rayon sakini saxlanılıb

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini İlqar Budaqov olduğu müəyyən edilib.

    Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətindəki yarımtikilinin içərisində kultivasiya ilə yetişdirilmiş çəkisi 25 kiloqram olan 21 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

    Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
    ***

    Sumqayıtda yol polisləri yeni tədris ilinin başlanması
    ilə əlaqədar olaraq avtobus sürücülərinə xəbərdarlıq edib


    Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq hərəkətin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər görülüb. Bu məqsədlə yol polisləri tərəfindən şəhər ərazisində yerləşən bütün təhsil müəssisələrinin olduğu küçə və prospektlərdə müşahidələr aparılıb, aşkar olunan çatışmazlıqlar aradan qaldırılıb. Təhsil ocaqlarının yaxınlığında yol nişanları quraşdırılıb, köhnələri yenisi ilə əvəz edilib, eləcə də yeni nişanlanma xətləri çəkilib. Bununla da Sumqayıt şəhərində yerləşən məktəblərin qarşısında hərəkətin təhlükəsizliyi təmin edilib.
    Həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisinin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarının sürücüləri ilə də profilaktik görüş keçirib. Sürücülərə yeni tədris ilinin başlanması ilə bağlı, xüsusən məktəblərin yerləşdiyi küçə və prospektlərdə hərəkət zamanı diqqətli olmağın vacibliyi barədə məlumat verilib. Sürücülərin diqqətinə çatdırılıb ki, şagirdlər avtobuslardan düşən zaman arxa tərəfə doğru hərəkət etməyin vacibliyi barədə mütəmadi olaraq məlumatlandırılsın. Belə olan halda əks və eyni istiqamətdə hərəkət edən avtomobillər həm sərnişini görə bilir, həm də piyadalar avtomobillərə uyğun hərəkətlərini nizamlaya bilirlər.
    Qeyd edək ki, Sumqayıt şəhərində yol polisləri tərəfindən bu cür profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR