AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QOVLAR QƏSƏBƏSİNDƏ TOVUZ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

  • + A
  • - A
  • 16-02-2022, 20:11

    QOVLAR QƏSƏBƏSİNDƏ TOVUZ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

    "Dilimizdən iltizam verərək istehlak etdiyimiz təbii qaza görə yaranan borcu hissə-hissə ödəməyimiz üçün bizə şərait yaratmağınızı sizdən xahiş edirik". Bunu Tovuz rayon sakini Səlahəddin Rzayev "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla keçirilən görüş zamanı bildirib. Çörək istehsalı ilə məşğul olan Məhəmməd Bağırov bəzi hallarda qaz təzyiqinin aşağı olduğunu qeyd edib. Digər çıxış edən sahibkarlar da ötən il və cari il ərzində yaranan borcun ödənilməsində onlara güzəştlərin olunmasını xahiş ediblər. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev ötən ilin avqust ayından etibarən start verilən aksiyanın bu gün ümumilikdə 44-cü dəfə, sahibkarlarla isə sayca 20-ci dəfə təşkil olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şöbə rəisi sahibkarlar tərəfindən ünvanlanan sualları cavablandıraraq onları narahat edən məsələlərə aydınlıq gətirib. Görüşə Tovuz rayonunun Qəribli kəndindən qatılan Afiq Musayev bu kəndin qazlaşdırılmasını Birliyin rəhbər şəxslərindən xahiş edib. Görüşdə Birliyin digər məsul şəxləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də sahibkarlar və sakinlər tərəfindən ünvanlanan sualları cavablandırıblar. Bildirilib ki, "Azəriqaz" İB hər zaman sahibkarlıq subyektlərinə Birliyin səlahiyyətləri çərçivəsində lazımi dəstəyi əsirgəmir. Bu görüş zamanı da ünvanlanan bütün müraciətlərin Birlik rəhbərinə təqdim olunacağı qeyd edilib.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR