AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gömrük idarələri 23, 24, 25 mart tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək

  • + A
  • - A
  • 16-03-2022, 08:28

    Gömrük idarələri 23, 24, 25 mart tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək

    Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri 23, 24, 25 mart tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək.
    DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azadmedia.az-a verilən məlumata görə gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR