AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Süveyş kanalı Ukrayna böhranı və neftin qiymətinin artması səbəbindən tarifləri qaldırır

  • + A
  • - A
  • 31-03-2022, 12:59

    Süveyş kanalı Ukrayna böhranı və neftin qiymətinin artması səbəbindən tarifləri qaldırır

    Süveyş kanalı Ukraynadakı vəziyyət və neftin qiymətinin artması səbəbindən gəmilərin keçidi üçün tarifləri qaldırmağa məcbur olub.

    “Seanews.az” xəbər verir ki, bu barədə çərşənbə axşamı Misirin bu su yolunun administrasiyasının rəhbəri Usamə Rabia “EVER GIVEN” konteyner gəmisinin saydan çıxarılmasının ildönümü münasibətilə jurnalistlərə müsahibəsində məlumat verib.

    "Neft və qaz daşıyan gəmilərin və tankerlərin kanaldan keçməsi üçün rüsumların artırılması müvəqqəti xarakter daşıyır və şəraitdən asılı olaraq qarşıdakı dövr ərzində yenidən nəzərdən keçirilə və ya ləğv edilə bilər. Rüsumların martın və may ayının əvvəlindən ikiqat artırılması qərarı Rusiya-Ukrayna böhranı, yükdaşıma tariflərinin 6 dəfə artması və neftin qiymətinin artması ilə əlaqədar idi”,- deyə administrasiyasın rəhbəri vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR