AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çavuşoğlu: Türkiyə “taxıl müqaviləsini” iki ay uzadacağını gözləyir

  • + A
  • - A
  • 10-05-2023, 21:29

    Çavuşoğlu: Türkiyə “taxıl müqaviləsini” iki ay uzadacağını gözləyir


    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara “taxıl müqaviləsi”ni ən azı iki ay uzatmağı gözləyir.

    “Ümid edirəm ki, İstanbuldakı görüşdə müsbət nəticə əldə olunacaq. Düşünürük ki, prezidentimiz Putinlə söhbətində bu məsələyə son nöqtəni qoyacaq və razılaşma ən azı iki ay uzadılacaq”, - Çavuşoğlu bildirib.

    Mayın 10-da İstanbulda taxıl müqaviləsi üzrə danışıqlara başlanılıb. Danışıqlarda Rusiya, Ukrayna, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələrinin iştirak etdiyi bildirilir.

    Azadmedia.az xəbər verir ki, iyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT arasında Qara dəniz vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün dəhlizin yaradılması haqqında saziş imzalanıb. Taxıl müqaviləsinin müddəti dəfələrlə uzadılıb. Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə qeyd edib ki, BMT baş katibi Antonio Quterreşin təklif etdiyi və 2022-ci il iyulun 22-də İstanbulda imzalanmış sazişlər “paketi” Rusiya tərəfinin tələblərinə məhəl qoyulmadığından işləmir. Xüsusilə, Rusiya kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması üçün maneələr qalmaqdadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR