AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

M-5 (17) - Kərimli avtomobil yolunun tikintisi son mərhələdə davam etdirilir VİDEO/FOTO

  • + A
  • - A
  • 25-05-2023, 17:39

    M-5 (17) - Kərimli avtomobil yolunun tikintisi son mərhələdə davam etdirilir VİDEO/FOTO

    M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17-ci km-dən ayrılan respublika əhəmiyyətli Kərimli avtomobil yolunun Oğuz hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

    Yenidən qurulan hissənin uzunluğu 10 km-dir və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun hərəkət hissəsi 7, hər istiqamət üzrə çiyinlərin eni 2.5 metrdir.

    Əsasən yararsız asfalt və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.

    Layihə çərçivəsində torpaq işləri, yol yatağının yararsız qruntu qazılaraq çıxarılması, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunub, yeni yol yatağı inşa edilib, asfalt-beton örtüyünün aşınma qatı səviyyəsinədək tikinti işləri aparılıb.

    Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

    Layihə üzrə Sarısu çayı üzərində 30 metrlik körpünün təmiri də icra olunub.

    Qeyd edək ki, M-5 (17) - Kərimli avtomobil yolunun 21 km uzunluğa malik Şəki rayonu ərazisinə aid hissəsində hazırda aşınma qatının yenilənməsi işləri aparılır. Sözügedən hissə 2018-ci ildə Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tərkib hissəsi kimi yenidən qurulub.

    Sözügedən yolda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur.

    Yolboyu paralel olaraq zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəkləri və km göstəricilərinin, dayanacaqların quraşdırılması işləri də yerinə yetirilir. Sonda yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR