AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Səyyar qəbul otağı" Şamaxı sakinlərinin ixtiyarında oldu

  • + A
  • - A
  • 8-06-2023, 20:49

    "Səyyar qəbul otağı" Şamaxı sakinlərinin ixtiyarında oldu

    SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Şamaxı rayonunun Çuxuryurd kəndində baş tutub. Mikrofon önünə keçən Bünyad Bayramovun və Fərhad Cəlilovun müraciəti eyniyönümlü olub. Vətəndaşlar Çuxurdyurd kəndinin yeni yaşayış massivlərinin təbii qazla təmin edilməsini xahiş ediblər. Bundan əlavə, görüş zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, qaz sayğacının əvəzlənməsi və küçə qaz xəttinin çəkilişi ilə bağlı da müraciətlər ünvanlanıb. Daxil olan hər bir müraciət SOCAR "Azəriqaz" İstehsalat Birliyinin məsul şəxsləri tərəfindən cavablandırılıb, sakinlərə ətraflı məlumat verilib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR