AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZMİA-nın təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Türkiyə mebel istehsalçılarının əməkdaşlığına dair görüş keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 29-03-2022, 14:46



    AZMİA-nın təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Türkiyə mebel istehsalçılarının əməkdaşlığına dair görüş keçirilib - FOTOLAR
    AZMİA-nın təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Türkiyə mebel istehsalçılarının əməkdaşlığına dair görüş təşkil olunub.


    Mebel sektoru iqtisadiyyat üçün vacib sektorlardan biridir. Azərbaycanda mebel sektoru inkişaf etməklə bərabər, gələcək üçün də olduqca ümidvericidir.

    Azadmedia.az xəbər verir ki, 28 mart, 2022-ci il tarixində Azərbaycan və Türkiyəli iş adamları Bakı Biznes mərkəzində bir araya gəlib. Tədbir Azərbaycan Mebel Sənayeçiləri Assosiasiyasının təşkilati dəstəyi ilə gerçəkləşdirilib.

    Tədbirdə Millət vəkili, Azərbaycan Mebel Sənayeçiləri Assosiasiyası sədri Məşhur Məmmədov, sədr müavini Nail Tağızadə, üzvü Səxavət Əhmədov, Embawood - Mir Əhməd Ağalarov, Foriella - Fərman İslamlı, Greenwood - Fuad Nəcəfov, İsparta Ticarət və Sənaye Odası üzvüləri İbrahim Güler, İbrahim Tekeli, Murat Özelci, Mir Mobilya - Ramazan İrfan Özkutlu, Global Mark - Erol Bayşu, Rosewood - İsa İpekçi, Erdoğan Ahşap - Mahmut Erdoğan, Peksan kapı - Hakan Apaydın, Taner Özçelik, Yükselen Kereste - Hasan Huban, Hilaller Kereste - Atilla Hilal, Emker - Ahmet Can, Natural Mobilya - Hüseyin Cesur iştirak ediblər.

    Toplantıda açılış sözü ilə çıxış edən AZMİA sədri, millət vəkili Məşhur Məmmədov türkiyəli iş adamlarına Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin mənəvi və siyasi dəstəyinə görə təşəkkürünü bildirib. O, İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandığını, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılması üçün qardaş Türkiyənin və türkiyəli iş adamlarının dəstəyini vurğulayıb. Həmçinin, bugün dünyada ekoloji cəhətdən təmiz mebel bazarı, Koronavirus pandemiyasının qlobal iqtisadiyyata - mebel sektoru da daxil olmaqla, idxal və ixrac əməliyyatlarında məhdudiyyətlərə səbəb olduğunu, xüsusilə mebel sənayesində baş verən bahalaşma nəticədə, dünyadakı müəssisələrin müvəqqəti bağlanması, bunların eyni zamanda beynəlxalq ticarət və mebel təchizatı zəncirlərinə göstərdiyi təsir gücü, ticarət və logistika sahəsində ölkədə olan yeniliklər, həmçinin istehlakçı davranışı, onların ehtiyac səviyyəsi, məhsul yeniliyinin müəyyən çətin dövr ərzində bazar əməliyyatlarını davam etdirmək üçün açar olduğunu qeyd edib. AZMİA sədri, toplantının həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq görüş iştirakçılarına onların təşəbbüsləri, təklifləri dəyərləndirilərək, uyğun olduğu təqdirdə mebel sektorunda qarşılıqlı yeni əlaqələr qurula bilər deyə, sözlərini yekunlaşdırıb.

    İsparta Ticarət və Sənaye Odası üzvləri İbrahim Güler və İbrahim Tekeli
    başda olmaqla toplantıda iştirak edən türkiyəli iş adamları Azərbaycanda olduqlarından duyduqları məmnuniyyəti dilə gətiriblər. Eyni zamanda, 44 günlük Vətən müharibəsinin böyük qələbə ilə yekunlaşması münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıblar. Onlar artıq məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdaraq məskunlaşmasını, işğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsini və bu məqsədlə həmin ərazilərdə cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılması məsələlərində də türkiyəli iş adamları olaraq o bölgədə Türkiyənin də gördüyü işlərdən qürur hissi ilə bəhs ediblər. Həmçinin İsparta Ticarət və Sənaye Odası üzvləri, millət vəkili M. Məmmədova İTSO Başqanı Mustafa Tutarın salamlarını çatdırılıblar.

    Nəzərinizə çatdıraq ki, toplantıda azərbaycanlı və türkiyəli iş adamlarının mebel sektorunda fəaliyyəti, hər iki ölkənin mebel brendlərinin tanıdılması, iş adamlarının ölkəmizdə biznes maraqlarının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib. Türkiyəli iş adamlarının mebel sektorunda baş verən yenliklər ilə bağlı təklifləri maraqla qarşılanıb. Təkliflər əsnasında qarşılıqlı olaraq nələr edilə bilər deyə müzakirələr baş tutub.

    Toplantının qeyri rəsmi hissəsinə keçilmədən öncə xatirə şəkli çəkdirilib.

    Azadmedia.az xəbər agentliyi baş redaktoru Xəlil Xəlilov və müxbir Elnurə Abuşova da toplantıda iştirak ediblər.

    Qeyd edək ki, ASİAD iş adamları dərnəyi Azərbaycan başqanı Ülkər Piriyeva toplantının moderatoru olaraq AZMİA tərəfindən çıxış edib.






















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR